Şəhid zabitimiz Qubada dəfn edildi - VİDEO

  • 18:24 - 23 Yanvar

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub.

Avropa.info APA-ya istinadən bildirir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Mikayılov Rahim Qalib oğlunun nəşi Quba rayonuna gətirilib. Şəhid doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid R. Mikayılov Vətən müharibəsinin ilk günlərində itkin düşən hərbçilərdən biri idi.


Oxunma sayı: 7041

Oxşar yazılar