Puşkin meydanında keçirilən aksiyada nümayişçilər ilə polis arasında qarşıdurma olub.

  • 17:25 - 23 Yanvar

Rusiyanın paytaxtı Moskvanın Puşkin meydanında keçirilən aksiyada nümayişçilər ilə polis arasında qarşıdurma olub.

Avropa.info Rusiya KİV-ə istinadən xəbər verir ki, polis aksiya iştirakçıları və çəkiliş aparan jurnalistlərə qarşı zor tətbiq edib.

İlkin məlumata görə, insident nəticəsində bir neçə nəfər yaralanaraq meydandan çıxarılıb.

Qeyd edək ki, mitinqə Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da qoşulub. O, az öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu gün bütün ölkəboyu keçirilən mitinqlərdə polis tərəfindən saxlanılan dinc nümayişçilərin sayı minə yaxındır. Nümayişlər davam edir.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

 


Oxunma sayı: 2300

Oxşar yazılar