Ərdoğan : "44 günlük Qarabağ müharibəsindəki qələbədə PUA-larımızın böyük rolu var"

  • 17:10 - 23 Yanvar

"İnsansız döyüş təyyarələrimiz (PUA) bütün dünyada heyrətlə izlənilir. 44 günlük Qarabağ müharibəsindəki qələbədə PUA-larımızın böyük xidmətləri var."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 

Türkiyə Prezidenti, Qarabağ savaşından sonra Kanadanın türk PUA-larında istifadə olunan kameraların ixracını dayandırdığını və bundan sonra Türkiyənin bu kameraların daha yaxşısını özü istehsal etdiyini bildirib.

"Pis qonşular bizim güclənməmizə səbəb oldu.Guya NATO müttəfiqiyik, bu kameraları bizə satmağı dayandırdılar ki, niyə silahlarınız Ermənistan işğalçılarına qarşı vuruşur? İşğalçı Ermənistan qardaşlarımıza, həmvətənlərimlə vuruşur, qardaşlarımıza dəstək verməyəkmi?", deyə Ərdoğan qeyd edib.

Ərdoğan, Türkiyənin onsuz da öz hərbi gəmisini inşa edə biləcək 10 ölkə arasında olduğunu və pilotsuz təyyarələrin istehsalı üçün ilk 3 ölkə arasında olduğunu söylədi.çısı əlavə edib.


Oxunma sayı: 4907

Oxşar yazılar