Portuqaliyada məktəblər bağlanır

  • 14:44 - 23 Yanvar

Portuqaliyada COVID-19 infeksiyasının yayılmasının nəzarətdən çıxması səbəbindən məktəblər 15 gün müddətə bağlanacaq.

AZƏRTAC xəbər verir ki, Portuqaliyada koronavirusdan ölüm halları üzrə yeni antirekord qeydə alınıb. Belə ki, son 24 saat ərzində bu ölkədə COVID-19-dan 221 ölüm hadisəsi qeydə alınıb.

Portuqaliyanın Səhiyyə üzrə Baş Direktorluğunun son hesabatına görə, artıq dördüncü gündür ki, ölkədə rekord sayda ölüm halı baş verib. On milyon əhalisi olan Portuqaliyada virusdan ölənlərin sayı getdikcə artmaqdadır (çərşənbə axşamı 218, çərşənbə günü 219 və cümə axşamı isə 221 ölüm faktı).

Portuqaliyanın Baş naziri Antoniu Koşta mətbuat konfransında açıqlayıb ki, son günlərdə koronavirusun yeni Britaniya ştammına görə bu göstəricilər sürətlə artıb. Ötən həftə Portuqaliyada yayılma tempi 8 faiz, bu həftə isə 20 faiz yüksəlib. Tədqiqatlar göstərir ki, təcili tədbirlər görülməsə, bu rəqəm 60 faizə çata bilər.

Qeyd edək ki, pandemiya başlayandan bəri Portuqaliyada 595 min 149 nəfər koronavirusa yoluxub, 9686 nəfər isə bu xəstəlikdən vəfat edib.


Oxunma sayı: 628

Oxşar yazılar