"Paşinyan Kremli və Putini aldatmağa davam edir..." - Kremlə yaxın teleqram kanalı Paşinyanın qapalı iclasda Putin üçün "marv gedə bilər.." dediyini yazır

  • 12:37 - 23 Yanvar

Kremlə yaxınlığındakı ilə tanınan teleqram kanalı "Kreml Mamkoved", Ermənistan baş naziri Nikol Paşinyanın Putini aldatmağa cəhd etdiyini yazıb. 

Avropa.info xəbər verir ki, "Ermənistan baş naziri şəxsən Kremli və Putini aldatmağa davam edir" başlıqlı yazıda, Paşinyanın hələ də sorosçuları vəzifəyə gətirdiyini bildirilir.

"Paşinyan Ermənistan Ali Məhkəmə Şurasının üzvü, Soros Fondunun direktoru David Xaçatryanı vəzifəsində saxlayır. Ermənistan baş naziri bu təyinatı parlamentdə çoxluq təşkil edən “Mənim Adımım” fraksiyasının əli ilə həyata keçirdi. Xaçatryan, Rusiya ilə münasibətlər baxımından maraqlı bir şəxsiyyətdir: rusofobik baxışları ilə tanınır və Kiyev Maydanının fəal iştirakçılarındandır. Ukraynanın daxili işlər naziri, etnik erməni olan Arsen Avakovun təklifi ilə Xaçatryan Ukraynadakı Soros ofisində işlədi.

Paşinyan məhşər ayağına çəkilir – Soros projesi iflasda » Ovqat.com

Paşinyan və Soros

Xaçatryanın rəhbərlik etdiyi "Hrapark" nəşri, Ermənistandakı rus səfirinə ittihamlarla hücum etdi. İş o yerə çatıb ki, nəşrdən sonra səfirliyimiz Soros qəzetini məhkəmə ilə hədələyib. Ermənistandakı rus diplomatlar isə vəziyyəti nəzarətdə saxladıqlarına əmin olmağa davam edirlər. Bu əlbəttə ki, belə deyil. 

Paşinyana yaxın mənbələr Baydenin ABŞ-da hakimiyyətə gəlməsindən sonra bölgədə Ermənistanın Rusiyadan aslılığının aradan qalxacağını gizlətmirlər. Paşinyan keçmiş jurnalist kimi “Mənim addımım” fraksiyasının liderlərinin qapalı iclasında Putindən obrazlı şəkildə danışıb: "Marv işini gördü, marv gedə bilər"", deyə Kremlə yaxın teleqram kanalı yazıb.

Avropa.info


Oxunma sayı: 7690

Oxşar yazılar