Ermənistan Qarabağda məhv edilən daha 72 hərbçisinin adını açıqladı - Ölülərin sayı durmadan artır

  • 11:43 - 23 Yanvar

Qarabağda Azərbaycan qarşısında darmadağın olan işğalçı Ermənistanın itkiləri durmadan artır.

Avropa.info xəbər verir ki, Ermənistan Qarabağ müharibəsində məhv edilən daha 72 hərbçisinin adını açıqlayıb. 

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Tiqran Avinyan müharibədə 3 439 hərbçinin həlak olduğunu açıqlamışdı. Avinyan daha 766 cəsədin şəxsiyyətinin müəyyənləşdirilmədiyini bildirmişdi. 

“Onlardan 766-sının şəxsiyyəti hələ müəyyən edilməyib. İtkin düşənlər də var. Son rəqəmləri açıqlamaq istəmirəm. Ancaq ölənlərin sayı 4 mindən çox olmayacaq”, deyə Avinyan qeyd etmişdi.

Lakin, Ermənistan müxalifəti və ekspertlər itkilərin sayının əslində 8 mini keçdiyini, İrəvan hökumətinin rəqəmləri gizlətdiyini bildirirlər.

Avropa.info


Oxunma sayı: 7811

Oxşar yazılar