Ramiz Mehdiyev sabiq nazirə yeni vəzifə verdi – Foto

  • 12:49 - 23 Yanvar

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Avropa.info-nun məlumatına görə, AMEA-nın prezidenti Ramiz Mehdiyevin də iştirak etdiyi iclasda bir sıra kadr məsələlərinə baxılıb.

Akademik Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub.

Xatırladaq ki, Əli Abbasov 2004-cü ildən 2014-cü ilə qədər Rabitə və informasiya texnologiyaları naziri, 2014-2015-ci illərdə isə Rabitə və yüksək texnologiyalar naziri olub.


Oxunma sayı: 1904

Oxşar yazılar