Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək – Qanuna dəyişiklik edilir

  • 10:29 - 23 Yanvar

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

Avropa.info bildirir ki, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik təklif edilir.

Milli Məclisin yaz sessiyası zamanı müzakirəyə çıxarılması nəzərdə tutulan dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.


Oxunma sayı: 1904

Oxşar yazılar