Rəqəmlər açıqlandı: 23 milyard dollarlıq F-35 anlaşması – Gözlər Baydendə

  • 11:16 - 23 Yanvar

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-la imzalanan F-35 döyüş təyyarələri və PUA-ları da əhatə edən  "müdafiə paketi" müqaviləsinin dəyərinin 23 milyard dollar olduğunu açıqlayıb. Avropa.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden müqaviləni nəzərdən keçirəcəyini söyləyib.

BƏƏ-nin Vaşinqtondakı səfirliyindən yayılan yazılı açıqlamada, ölkələrinin əvvəl almaq istədikləri F-35 qırıcı təyyarələri və digər müdafiə vasitələri üçün ABŞ hökuməti ilə bir razılaşma əldə edildiyi bildirilib.

Müqavilə qiymətinin 23 milyard dollar olduğunu bildirən açıqlamada bu müdafiə paketi 10.4 milyard dollar dəyərində 50 ədəd F-35 tipli döyüş təyyarəsi, 2.97 milyard dollarlıq 18 MQ-9B tipli PUA-la  və 10 milyard dəyərində müxtəlif döyüş sursatlarını ehtiva edir. 

Açıqlamada müqavilənin mətnində söz mövzusu müdafiə paketinin çatdırılması üçün təxmini bir cədvəlin olduğu, konkret bir tarix verilmədiyi ifadə edilib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəzifəsinin sonuncu günü - 20 yanvar tarixində BƏƏ-yə F-35 qırıcı təyyarələrinin satışına icazə verilməsi barədə bir razılaşma imzaladığı qeyd edilir.

Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan BƏƏ çoxdan Vaşiqntondan F-35-ləri satın almaq istəyirdi.

BƏƏ-nin tələbi 2020-ci ilin noyabrında İsrail ilə münasibətlərini normallaşdırdıqdan sonra təmin edilib.


Oxunma sayı: 3092

Oxşar yazılar