Nazir Azad Rəhimovun komaya düşmə xəbəri yayıldı - Gənclər və İdman Nazirliyi açıqlama yaydı

  • 00:17 - 23 Yanvar

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb.

Avropa.info unikal.org-a istinadən xəbər verir ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

"Qafqazinfo" məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. Qurum rəsmisi sadəcə "yalandır" deməklə kifayətlənib.

*** 

Gənclər və İdman nazirliyi nazir Azad Rəhimovun komaya düşməsi xəbərini təkzib edib. 

Nazirliyin yaydığı təkzibdə deyilir: "Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsi ilə bağlı yayılan xəbərlər yalandır".

Real TV Gənclər və İdman naziri Azad Rəhimovla əlaqə saxlayıb. Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu bildirib. “Narahatlığa heç bir əsas yoxdur!"


Oxunma sayı: 7338

Oxşar yazılar