Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib

  • 23:20 - 22 Yanvar

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib.

Qətl hadisəsi rayonun Uzuntəpə kəndində baş verib. Qədirağa Mirzəyev adlı şəxs həyat yoldaşı Yəmən Mirzəyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Qətli törətməkdə şübhəli bilinən Q. Mirzəyevin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.(apa)


Oxunma sayı: 3895

Oxşar yazılar