Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri Qusarda dəfn edilib

  • 21:00 - 22 Yanvar

Yanvarın 21-də minaya düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qusar rayonunda dəfn olunub. 

APA-nın  verdiyi məlumata görə, əsgər Cavadov Rəşad Fərzəli oğlunun nəşi Qusar rayonuna aparılıb. Şəhid doğulduğu Hil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Allah rəhmət eləsin!

1 / 9

 


Oxunma sayı: 2267

Oxşar yazılar