Həzi Aslanovun anım mərasimi keçirildi - VİDEO

  • 20:42 - 22 Yanvar

Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu gün Şəhidlər Xiyabanına, görkəmli hərbi xadim Həzi Aslanovun anadan olmasının 111-ci ildönümü münasibətilə keçirilən mərasimə gələn Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonu hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları olan tankçılar unudulmaz sərkərdənin məzar-abidəsi önünə Müdafiə Nazirliyi adından əklil qoyub və ehtiramlarını bildiriblər.


Oxunma sayı: 617

Oxşar yazılar