Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu

  • 19:33 - 22 Yanvar

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Nurəli Yusifbəyli Tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

O, bu gün kollektivə təqdim olunub. 

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub. 


Oxunma sayı: 1893

Oxşar yazılar