Azərbaycanda son sutkanın COVID-19 statistikası: 632 nəfər sağaldı, 280 nəfər yoluxdu – 11 nəfər vəfat edib

  • 18:35 - 22 Yanvar

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.


Oxunma sayı: 2773

Oxşar yazılar