Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır

  • 18:23 - 22 Yanvar

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır.

Avropa.info bildirir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun dəyişikliə əsasən bu rüsumun məbləği 1,5 manat müəyyən edilir.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.


Oxunma sayı: 2003

Oxşar yazılar