Qarabağ zəfərindən sonra Fransa ilk dəfə Türkiyə qarşısında geri çəkildi – Ortaq istehsal üçün danışıqlar başladı

  • 16:13 - 22 Yanvar

Hava müdafiə sistemlərini təmin etmək üçün müttəfiqləri ilə görüşlər keçirib, müsbət cavab almayınca Rusiyada S-400 sistemleri satın almağa qərar verən Türkiyə, hava hücumundan müdafiə sisteminin ehtiyacını ödəmək üçün yerli istehsal işlərindən əlavə , digər istehsalçı ölkələrlə də danışıqlar aparır.

Avropa.info xəbər verir ki, İtaliya-Fransa ortaqlığı ilə istehsal edilən Eurosam SAMP-T müdafiə sistemlərinə Türkiyənin daxil olmasına qarşı çıxan Fransa hökumətinin Türkiyə ilə vəziyyətin normallaşmasından sonra mövqeyinin dəyişməsi gözlənilir. Əldə edilən məlumata görə, Türkiyə SAMP-T-nin alınması üçün əlaqədar ölkələrlə danışıqlar aparır, sistemin Türkiyə Silahlı Qüvvələrində reallaşmasını istəyir.

SAMP/T Air Defense System (France & Italy) – Missile Defense Advocacy  Alliance

Eurosam SAMP-T müdafiə sistemləri

Türkiyənin milli təhlükəsizliyini qorumaq üçün Suriyada həyata keçirilən əməliyyatlar, Şərqi Aralıq dənizində yaranan gərginliklər, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Ankaranın siyasətinə qarşı çıxan Fransa ilə münasibətlərin normallaşdırılması üçün danışıqlara başlanılıb. Fransanın Türkiyəyə yönəlmiş siyasi tövrü səbəbindən ləngiyən SAMP-T ortaq istehsal proqramı üçün görüşlərin davam etdiyi məlum olub.

Hərbi qaynaqlar Türkiyənin SAMP-T raket sistemini invertarına əlavə etmək istədiklərini söyləyib. 

Qeyd edək ki, Ankaranın S-400 almaqdan əvvəl maraqlandığı SAMP-T sistemində Fransa və İtaliya ilə ortaq istehsal proqramı müzakirə edilib və 2018-ci ildə konsepsiya təyini işlərinə dair müqavilə imzalanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə fransalı həmkarı Makron arasında keçən ildən bu yana keçirilən görüşlərdə də SAMP-T mövzusu gündəmə gəlib. Görüşlərdə Makronun prosesi dayandırdığı, lakin yenidən başlamağa müsbət münasibət göstərdiyi qeyd edilib. Türkiyə yol xəritəsi müqaviləsində göstərilən dövrün başlanğıcına sadiq qalmaq istəyir. Türkiyənin gündəmində SAMP-T sistemini birbaşa almaq əvəzinə, ortaq istehsalı yer alır.

Avropa.info


Oxunma sayı: 21055

Oxşar yazılar