Paşinyan təhlükəsizlik şurasının iclasını yenə də axtarışda olan terrorçu Araiklə birgə keçirdi : Nikol "DƏMİR YUMRUQ" üçün "darıxır"...

  • 14:31 - 22 Yanvar

Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycanın rəsmən axtarışa verdiyi terrorçu Araik Arutuyunyanın rəhbərliyi ilə təhlükəsizlik şurasının iclasını keçirib. 

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan nazirlər kabineti məlumat yayıb.

Məlumatda bu cür görüşlərin gələcəkdə də tez-tez keçiriləcəyi bildirilib. 

Qeyd edək ki, Paşinyan yanvarın 4-də keçirdiyi təhlükəsizlik şurasının iclasında da terrorçu Araiki dəvət edərək, sədarət kürsüsündə oturtmuşdu.

Əlbəttə, Qarabağda haqq etdiyi ağır məğlubiyyəti almış Ermənistanda hökumətin hansısa iclas keçirməsi bizim üçün o qədər də önəmli bir xəbər olmaya bilərdi. Fəqət, 44 günlük savaşın finalında darmadağın olmuş, kapitulyasiya sənədini imzalamaq üçün yalvaran və nəhayət noyabrın 10-da məğlubiyyət sənədini imzalayaraq üzərinə öhdəliklər götürən Ermənistan baş nazirinin ölkəsinin ən önəmli iclasını Azərbaycanın cinayət işi açdığı, terrorçu Araik Arutuyunyanla birgə keçirməsi hiddət doğurur. Özü də sədarət kürsüsündə oturdulan bu terrorçu qondarma,"dqr"in "prezidenti" olaraq təqdim olunur. Hərçənd, Qarabağdakı erməni terrorçularının əski parçaları bu dəfə gözə dəyməyib.

Amma, istənilən halda bu Paşinyanın 10 noyabrda üzərinə götürdüyü öhdəlikləri kobud sürətdə pozması deməkdir.Qarabağ bütövlükdə Azərbaycan ərazisidir və bu beynəlxalq hüquqla da təsbit olunub. 

Bəs onda Paşinyan nədən Azərbaycanın cinayət işi açdığı və rəsmi axtarışa verdiyi Araik adlı terrorçunu masasının baş tərəfində oturdur? Nikol Ermənistan ordusunun 44 gün ərzində darmadağın edildiyini, hələ də Qarabağ torpaqlarından erməni hərbçilərinin cəsədlərini topladığını unutmamalıdır axı. Görünür, Paşinyan "qaşınır"? Son 44 günlük savaşı bir daha yadına salsın və bu "qaşınmanın" bədəlinin "DƏMİR YUMRUQ" olduğunu unutmasın...

Avropa.info  


Oxunma sayı: 5875

Oxşar yazılar