Nazirlər Kabineti qərar verdi: 30 gün sonra qüvvəyə minəcək

  • 15:19 - 22 Yanvar

Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq.

Avropa.info-nun məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərara verdiyi izahda bildirilib ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək.

Qeyd edək ki, əvəllər bu müddət 25 sentyabr 2020-ci ilədək nəzərdə tutulmuşdu.


Oxunma sayı: 3708

Oxşar yazılar