Qəbul imtahanında bəzi mövzular ixtisar olunacaq

  • 14:29 - 22 Yanvar

"Qəbul imtahanında bəzi mövzuların ixtisarı olacaq".

Avropa.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən imtahanlarda iştirak edəcək şəxslər üçün xüsusilə çətin mövzular ixtisara salınıb.

"Bu siyahı artıq Dövlət İmtahan Mərkəzinə göndərilib. DİM bunu nəzərə alaraq həmin mövzular üzrə suallar salmayacaq".

V. Yaqublu qeyd edib ki, abituriyentlərin imtahanlarda neçə bal toplaması məsələsini zaman göstərəcək.


Oxunma sayı: 1838

Oxşar yazılar