İranı qarışdıran olay: Dövlət televiziyasında ölkə prezidenti təhqir olundu – Ruhaniyə narkoman dedilər

  • 13:15 - 22 Yanvar

İranın dövlət televiziyasında yayımlanan "Zaviye" proqramına qatılan İslam Mədəniyyəti və Düşüncə İnstitutu Siyasi Elmlər Bölməsinin müdiri Əhməd Cihan Bozorginin prezident Ruhaninin "narkotik istifadəçisi" olduğuna işarə etməsi etirazlara səbəb olub.

Avropa.info xəbər verir ki, mühafizəkar kimliyi ilə tanınan və eyni zamanda, bir din xadimi olan Bozorgi, dünən dövlət televiziyasında qatıldığı proqramda Ruhaninin ölkənin problemlərinə laqeyd olduğunu iddia edib.

"Evində yaşayan məmur bəlkə sobanın yanında oturur (İranda narkotik istifadəçiləri üçün istifadə olunan ifadədir). Ölkədə baş verənlərə başını qaldırıb baxmır və kabinetindəki nazirləri ona zəng edib problemlərdən danışa bilmirlər. Bu adam ölkənin rəsmi şəxsidir? ", -deyə o bildirib.

Sözü gedən təhqirlərə hökumətdən etirazlar gəlib, mühafizəkar media qurumları da Bozorginin bu çıxışını sərt şəkildə tənqid edib.

İran Radio və Televiziya Korporasiyasının (IRIB) Müşahidə Şurasındakı icra hakimiyyətinin nümayəndələri sözügedən verilişdə böhtana görə qanuni tədbirlər görülməsi üçün iddia qaldırıblar.

Sosial media hesabından bir açıqlama verən Prezident Aparatının rəhbəri Mahmud Vaizi, iyun ayında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca Ruhaniyə qarşı təhqir və hökumətə qarşı "dağıdıcı" hərəkətlərin artdığına diqqət çəkib.

Ruhaniyə qarşı təhqiramiz ifadələri "dini təlimlərə qarşı əxlaqsız bir metod" olaraq xarakterizə edən Vaizi təhqirlərin onu edənləri populyarlaşdırmır, prezident və hökumətin bu çətin şərtlərdə daha çox işləmək və xalqa xidmət etmək əzmini azaltmır, deyə qiymətləndirib.

Prezident Aparatının rəhbərinin müavini Əli Rıza Muizzi isə Ruhaninin əvvəllər də təhqir olunduğunu, lakin bu vəziyyətə daha çox dözməyəcəklərini söyləyib və dövlət televiziyalarını “böhtan və təhqir yatağı” olmaqda günahlandırıb.

Strateji Araşdırmalar Mərkəzinin Başçısı Hüsaməddin Aşina, Ruhanini təhqir etməsi səbəbiylə reaksiyaların mərkəzində olan Bozorginin dindar şəxsiyyətinə işarə edərək, "Kaş saqqalınızla və əmammənizlə dünyanı böyütsəydiniz. İranın hörmətli insanlarını və ölkənizin ikinci şəxsini təhqir etmək İslama və dövlətə xidmət deyil. Bu hərəkət Trampın axmaqları ilə uyğun hərəkətdir", ifadələrdən istifadə edib.


Oxunma sayı: 13685

Oxşar yazılar