"ABŞ Türkiyədə sui-qəsd planları hazırlayır..." - Türkiyə hərbi kəşfiyyatının keçmiş rəisindən sensasion iddia

  • 12:36 - 22 Yanvar

"ABŞ Türkiyədə sui-qəsd planları hazırlayır."

Avropa.info xəbər verir ki, belə bir sensasion bəyanatla Türkiyə ordusunun Baş Qərərgahının keçmiş kəşfiyyat rəisi, təqaüddə olan general-leytenant İsmail Hakkı Pekin çıxış edib.

İsmail Hakkı Pekin Türkiyə mətbuatına açıqlamasında, dövlətin əlində bununla bağlı kəşfiyyat məlumatlarının olduğunu bildirib.

"Dövlətin əlində kəşfiyyat məlumatları var. Lazımı tədbirlər görülür", deyə Pekin qeyd edib.

Jurnalistin, "sui-qəsd planında kimlər var" sualına, keçmiş kəşfiyyat rəisi belə cavab verib.

"Türkiyədə toplumun sinir ucları var, tanınmış fikir adamları var. "Həmin fikir adamlarına sui-qəsd edilərsə, toplum istər-istəməz dövlətə etiraz edər" deyə düşünürlər. Lakin dediyim kimi, dövlət bütün bunların qarşısını almaq üçün tədbirlər görür" - İsmail Hakkı Pekin belə deyib. 

Avropa.info


Oxunma sayı: 6271

Oxşar yazılar