Fevralın 1-dən yalnız bu siniflər məktəbə gedəcək, qalanları isə... - Təhsil naziri açıqladı

  • 12:22 - 22 Yanvar

Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda məktəblərdə, o cümlədən bütün ölkə üzrə ibtidai sinif üzrə, məktəbəhazırlıq qruplarında, icma əsaslı qruplarda tədris qismən başlanılacaq.

Avropa.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, iki həftə sonra isə növbəti qərarlar veriləcək: 

"1 fevraldan iki həftə sonra digər ərazilərdə 5-9-cu siniflərdə, peşə məktəblərlərində tədrisin qismən bərpası nəzərdə tutulur. Bölgələrdə daha tez açılmalara gedəcəyimizi düşünürəm".


Oxunma sayı: 9197

Oxşar yazılar