ABŞ-da PUA fiaskosu: Pentaqondan açıqlama gəldi

  • 12:14 - 22 Yanvar

Pentaqon ABŞ-ın yeni nəsi PUA-sı olan "5GAT"ın yerə düşdüyünü açıqlayıb.

Avropa.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) beşinci nəsil hədəf PUA "5GAT"ın ilk uçuş testi zamanı yerə düşdüyünü bildirib.

2020-ci il sentyabr ayının sonlarında "Sierra" şirkəti Utahdakı ABŞ ordusuna məxsus hərbi hava limanında hədəf İHA prototipinin yerüstü sınaqlarını keçirib. Quru sınaqları zamanı bütün quraşdırılmış 5GAT sistemlərinin işinin yoxlanıldığı və daha sonra hava limanının qalxma sürətinə yaxın bir sürətlə 24 dövrə tamamlandığı bildirilirdi. 

Pentaqonun Əməliyyat Sınaq və Qiymətləndirmə Ofisi tərəfindən yayımlanan hesabata görə, "5AGT"-nin ilk prototipi oktyabrın sonunda ilk uçuş sınağı zamanı qəzaya uğrayıb. PUA-nın düşmə səbəbi açıqlanmayıb.

"5GAT" PUA, havadan havaya, yerdən havaya silah sınaqlarının qiymətləndirilməsi, quru qoşunları təlimi və beşinci nəsil təhlükəsi üçün taktika, texnika və prosedurların inkişafı üçün hazırlanır. Qurğunun 95 faizində kompozit material istifadə olunan PUA-nın maksimum qalxma ağırlığının 4.4 ton olduğu bilinir.


Oxunma sayı: 1222

Oxşar yazılar