Bakıda sürücü avtomobillərin arasında qaldı - İki ayağı da sındı - FOTO

  • 11:06 - 22 Yanvar

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

1966-cı il təvəllüdlü Vüqar Adilov "Nissan" markalı avtomobilini təmir edən zaman "VAZ 2107" markalı nəqliyyat vasitəsi onun avtomobilinə çırpılıb.

Zərbənin gücündən "Nissan" eyni markalı digər avtomobilə dəyib. İki avtomaşının arasında sıxışıb qalan V.Adilov iki ayağından sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

 

 


Oxunma sayı: 958

Oxşar yazılar