Bayraktar : Türkiyə artıq dünyada hərb doktorinalarını dəyişdirəcək texnalogiyaya sahibdir

  • 01:39 - 22 Yanvar

Türkiyə Müdafiə Aviasiya və Kosmik dərnəyinin (SAHA) İstanbul şöbəsi İdarə Heyətinin rəhbəri Haluk Bayraktar ölkədə müdafiə sənayesində ciddi bir dinamikanın olduğunu ifadə edərək, son 15 ildə bu sahədə ciddi işlər görüldüyünü deyib. 

Avropa.info xəbər verir ki, Bayraktar Türkiyənin dünyada hərb doktorinalarını dəyişdirəcək səviyyədə texnalogiyaya sahib ölkə mövqeyinə gəldiyini bildirib.

"Türkiyə hərb doktorinalarını dəyişdirəcək səviyyədə texnalogiyaya sahib olan ölkə mövqeyinə gəldisə, müdafiə, aviasiya və kosmos sahəsində SAHA İstanbul 580-dən çox üzvü ilə iş birlikləri ve koordinasiyalar həyata keçirə bilirsə, dünyanın en böyük aviasiya və kosmos tədbiri TEKNOFEST həyata keçirə bilirsə, bunların hamısı müdafiə sənayesindəki qərarlı duruşun və iradənin nəticəsidir". deyə Bayraktar qeyd edib. 

Bayraktar: Türkiye artık savaş doktrinlerini değiştiriyor

Haluk Bayraktar

Kipr Sülh Hərəkatı dönəminə embarqoya məruz qalan Türkiyənin atdığı addımları xatırladan Bayraktar, son dönəmdə müdafiə sənayesində məhsul istehsal etməyə yönəlik sadəcə dövlət və vəqf şirkətlərinin deyil, özəl sektorun da cox ciddi çalışmalar olduğunu bildirib. 

Xatırladaq ki, Haluk Bayraktar Qarabağda dastan yazmış "Bayraktar TB2"-lərin və digər PUA-ların memarı, istehsalçısı Səlçuk Bayraktarın böyük qardaşıdır.

Avropa.info


Oxunma sayı: 6854

Oxşar yazılar