Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının durmadan artdığını etiraf edir: "Hər gün 30 meyitin şəxsiyyəti müəyyənlədirilir, hələ də..."

  • 00:31 - 22 Yanvar

Ermənistan səhiyyə naziri ikinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirildiyini açıqlayıb.

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə danışan səhiyyə naziri Anait Avanesyan bildirib ki,hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

Anait Avanesyan hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbçisinin həlak olduğunu açıqlayıb.


Oxunma sayı: 8218

Oxşar yazılar