Nazirlər Kabineti prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar qərar verdi

  • 22:27 - 21 Yanvar

Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar verib.

Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 741; 2019, № 4, maddə 776) ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilir:

2-ci hissəyə “prokurorluq işçilərinə” sözlərindən sonra “və onların ailə üzvlərinə” sözləri əlavə edilsin.

Həmçinin, aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilir:

“2-1. İşçiyə onun hər bir ailə üzvünə görə bu Qaydanın 2-ci
hissəsində göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.”.

3.2-ci bəndə “ərazidə onun” sözlərindən sonra “və yetkinlik yaşına çatmış ailə üzvlərinin” sözləri əlavə edilir.

3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilir:

“3.5. prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti.”.

Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilir:
“5-1. Prokurorluq işçisinin ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.”.


 


Oxunma sayı: 914

Oxşar yazılar