Yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsistemi tətbiq ediləcək

  • 23:37 - 21 Yanvar

“Dövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətinə aktiv işlər davam edir. Yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsisteminin - ƏMAS tətbiqi nəzərdə tutulub”. 
 

Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. 

O bildirib ki, ƏMAS ölkə daxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaq. 

M. Abbasbəyli qeyd edib ki, alt sistemin tətbiqi ilə əmək müqavilələrinin kağız forması, əmək kitabçaları, sosial sığorta kartları, işçilərin şəxsi işi anlayışı, kağız üzərində əmrləşmələr, kağız üzərində ezamiyyə vərəqələri, kağız üzərində ştat cədvəlləri, kağız üzərində yazışmalar, fiziki həyata keçirilən yoxlamalar, fiziki cərimə mexanizmi, fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri və digər qeyri-elektron yanaşmaların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub.


Oxunma sayı: 2619

Oxşar yazılar