İmişlidə koronavirusa qarşı peyvəndləmə prosesinə başlanıldı - FOTO

  • 18:32 - 21 Yanvar

İmişlidə koronavirusa qarşı peyvəndləmə prosesinə başlanılmışdır.

RİH-dən Avropa.info-ya verilən məlumata görə, İmişli rayonunda COVID-19 infeksiyasına qarşı peyvəndləmə kampaniyasına artıq start verilmişdir. İlkin mərhələdə İmişli Rayon Mərkəzi xəstəxanasının tibb heyəti vaksinasiya cəlb olunub. Vaksinasiya işlərini yerinə yetirmək üçün 40 nəfərlik heyət təşkil olunmuşdur. Peyvəndləmə ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu gün İmişli RMX-da yaradılmış şəraitə baxış keçirmiş və vaksinasiya prosesi ilə tanış olmuşdur.  
     

Hazırda xəstəxanada peyvənd, təcili yardım və post vaksinasiya otaqları ayrılmış, həmçinin vaksinlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılmışdır. Peyvənd olunan şəxs post vaksinasiya otağında 30 dəqiqə ərzində qaldıqdan sonra evə buraxılır.  Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.


Oxunma sayı: 2740

Oxşar yazılar