Demokratlar ABŞ senatı üzərində formal nəzarət əldə edib

  • 20:07 - 21 Yanvar

ABŞ-da üç yeni demokrat-senatorun andiçməsindən sonra Demokratlar partiyası senatda formal çoxluq əldə edib. 

Yanvarın 5-də Corciya ştatında keçirilən səsvermənin ikinci turunda respublikaçılar Devid Peryu və Kelli Loffler üzərində qələbə qazanan Con Ossoff və Rafael Uornok ABŞ senatında and içib. 

Hazırda senatda qüvvələr balansı bərabərdir - 50:50. Lakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də senatda səsvermə hüququndan istifadə edə bilməsi Demokratlar partiyasına senata nəzarət etmək imkanı verir. Beləliklə, 2010-cu ildən bəri demokratlar ABŞ konqresi üzərində tam nəzarətə yiyələnməyə nail olub. 

Demokratlar partiyası üç sahəni - sabiq Prezident Donald Trampın impiçmenti üzrə ikinci prosesi, COVID-19 infeksiyası ilə mübarizənin yeni raundunu və yeni Prezident Cozef Bayden dövründə nazir postlarına namizədlərin təsdiq edilməsini yaxın prioritetlər sırasına daxil edib. 

 


Oxunma sayı: 2333

Oxşar yazılar