Ersin Tatardan 20 Yanvar mesajı: "İstiqlal uğrunda canlarını verənlər bugünkü zəfərin təməlini atdılar"

  • 17:01 - 21 Yanvar

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycandakı müstəqillik uğrunda mücadilənin dönüm nöqtəsi olan 20 yanvar 1990-cı ildə şəhid olanların xatirəsinə anım mesajı yayımlayıb.

Avropa.info xəbər verir ki, Ersin Tatar mesajında bunları qeyd edib:

"Şimali Kipr Türk Cümhuriyyəti olaraq, öz adımdan və xalqımın adından 20 Yanvar 1990-cı ildə qardaş Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını gözlərini qırpmadan fəda edən əziz şəhidlərə Allahdan rəhmət, ailələrinə səbrlər diləyrəm.

Can Azərbaycanın 20 Yanvar 1990-cı il şəhidləri istiqlal uğrunda canlarını verərkən bugünkü zəfərin də təməlini atdılar. Onları sevgi, sayğı və hörmətlə anırıq".


Oxunma sayı: 2278

Oxşar yazılar