Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb

  • 17:36 - 21 Yanvar

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Avropa.info-nun məlumatına görə, bunu kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyev deyib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib:

“1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan  edilib”.


Oxunma sayı: 2619

Oxşar yazılar