Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər

  • 18:05 - 21 Yanvar

Rusiyanın koronavirus əleyhinə hazırladığı “Sputnik V” vaksininin Azərbaycanda sınaqları başlaya bilər.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kiril Dmitriyev bildirib.

“Yaxın zamanlarda Azərbaycanda və Səudiyyə Ərəbistanında “Sputnik V” və "AstraZeneca" vaksinlərinin sınağı başlaya bilər”.

Kiril Dimitriyev daha bir neçə Avropa ölkəsinin də Rusiya vaksininə maraq göstərdiyini sözlərinə əlavə edib.


Oxunma sayı: 2212

Oxşar yazılar