ABŞ-da etiraz aksiyaları başladı: İki şəhərdə toqquşma – Saxlanılanlar var

  • 16:46 - 21 Yanvar

ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ölkənin bəzi şəhərlərində etiraz aksiyaları keçirilib.

Avropa.info bildirir ki, Siettl və Portlend şəhərlərində toqquşmalar qeydə alınıb.

Siettldə aksiya iştirakçıları məhkəmə binasına və "Amazon" mağazasına ciddi ziyan vurub.

Portlenddə təxminən 150 nəfərdən ibarət qrup Demokrat partiyasının binasına hücum edib.

Aksiyalar nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.


Oxunma sayı: 3576

Oxşar yazılar