Rusiyada “dedovşina” səbəbindən 8 əsgər yoldaşını öldürən Ramilə ağır cəza

  • 14:12 - 21 Yanvar

Rusiyada əsgər yoldaşlarını güllələməkdə təqsirli bilinən hərbçi Ramil Şamsutdinov 24 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

APA-nın məlumatına görə, Çitanın İkinci Şərq Dairəsi hərbi Məhkəməsinin qərarı ilə 8 nəfərin qətlində təqsirləndirilən R. Şamsutdinov cəzasını ciddi rejimli müəssisədə çəkməklə 24 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 25-də Şamsutdinov hərbi xidmət zamanı qarovul növbəsini təhvil verərkən odlu silahdan atəş açıb. Nəticədə 8 nəfər ölüb, iki nəfər yaralanıb. İstintaqa ifadəsində o, törətdiyi addımı hərbi hissədə “dedovşina” və güc tətbiqi ilə izah edib.

Dövlət ittihamçısı R. Şamsutdinovun 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Oxunma sayı: 5116

Oxşar yazılar