Koronavirus vaksinində ilk görünən əks təsirlər – Türkiyəli həkim açıqladı

  • 16:21 - 21 Yanvar

Türkiyənin Səhiyyə Nazirliyi Sosial Elmlər heyəti üzvü Prof. Dr. Mustafa Necmi İlhan Çinin "Sinovac" firmasına məxsus olan koronavirus peyvəndinin çox ciddi əks təsirləri olmadığı deyib.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, indiyə qədər peyvəndlərin əksəriyyətinin vurulduğu yerdə qızartı, peyvənddən sonra bir qədər halsızlıq olduğu üzə çıxıb. O qeyd edib ki, bunun xaricində vaksinlərin ciddi əks təsiri görünmür. 

Türkiyənin vaskinasiya səviyyəsinin yaxşı olduğunu bildirən Prof. Dr. İlhan deyib ki, səhiyyə işçilərini peyvənd etməyə başladıqdan sonra 85 yaşdan yuxarı vətəndaşlar sistemdə adlarını görüb və peyvənd olunmağa başlayıblar. Qocalar evində yaşayan yaşlı insanlar və orada işləyənlər peyvənd olunublar:

"Peyvəndlənmənin üçün iki məntiqi var: Biri, yoluxmuş, ən ağır xəstə olan və ən çox həyatını itirənlər, bunlar 85 yaşdan yuxarı böyüklərimiz idi. Biri də ən çox yoluxmuş qrup idi və bunlar səhiyyə işçilərimizdir".

O qeyd edib ki, bundan əlavə, xidmətin davam etdirilməsi üçün səhiyyə işçilərinin peyvənd olunması dünyada müəyyən edilmiş bir strategiyadır. 

"Proporsional olaraq, bir neçə gün ərzində 75-79 yaş qrupu və bu yaşdan aşağıya davam edəcək və 65 yaşdan yuxarı yaşdakıların peyvənd olunması tamamlanacaq. Sonra ikinci qrup başlayır. İkinci qrup adlandırdığımız yaş meyarlarına görə, 50-64 yaş arasındakılar burada eyni qaydada peyvənd olunacaqlar", -deyə o qeyd edib.


Oxunma sayı: 4852

Oxşar yazılar