"Regionda yolların açılması İrəvanın xeyrinə olacaq" - Ermənistan baş nazirinin müavini

  • 13:41 - 21 Yanvar

Regionda nəqliyyat əlaqəsinin bərpa olunması özü özlüyündə Ermənistanın təhlükəsizlyinin təminatı olacaq.

Trend-in məlumatına görə, bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Nazir müavini bildirib ki, bu məsələ həll olunmalıdır:

"Yolların açılması məsələsinin düzgün həll olunacağı təqdirdə bu, təhlükəsizliyin təminatı olacaq. Amma hələlik hazır variantlar yoxdur. Müzakirələr mərhələsi hələ başlamayıb".

M.Qriqroryan əlavə edib ki, bu ayın sonunda məsələ ilə bağlı ilk görüş keçiriləcək.


Oxunma sayı: 4874

Oxşar yazılar