Türk şirkətləri azad edilmiş ərazilərdə bu sahəyə 50 milyon dollar yatırım edəcək

  • 14:19 - 21 Yanvar

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə turtur.

Avropa.info bildirir ki, bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Təşkilatının İdarə Heyətinin sədri İlhami Öztürk deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekistil sahəsinə yatırım etmək nəzərdə tutulur.

O qeyd edib ki, digər sahələrdə hansı fəaliyyətlərin göstəriləcəyi Azərbaycanda keçiriləcək müzakirələrdən sonra müəyyən ediləcək.


Oxunma sayı: 4577

Oxşar yazılar