Bayden ilk işinə Trampın qərarlarını ləğv etməklə başladı: ABŞ-ın yeni prezidenti sələfinin müsəlmanlarla bağlı bu qərarını pislədi – FOTO

  • 11:18 - 21 Yanvar

ABŞ prezidenti Co Bayden andiçmə mərasimindən sonra Ağ Evə gəlib. Avropa.info xəbər verir ki, bir jurnalistin Baydenə, "dünyaya mesajınız nədir?" sualına "birlik" cavabı verib.

Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasının ardınca Ağ Evin yeni sözçüsü Jen Psaki mətbuat konfransı keçirib. 

İlk basın toplantısı! 'ABD küresel masaya geri dönüyor'

Baydenin bu gün 15 fərman imzalayaraq Tramp dövrünün bir çox siyasətini rədd etdiyini xatırladan Psaki, köhnə idarəetmə dövründə bəzi müsəlman ölkələrinə tətbiq olunan səyahət məhdudiyyətini "ksenofobik" olaraq xarakterizə edib.

ABŞ-ın da yeni qərarlarla Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtdığını söyləyən Psaki, "Doktor Anthony Faucinin sabah ÜST tərəfindən onlayn olaraq təşkil ediləcək proqramda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib.

Psaki mətbuatla yaxşı əlaqələr quracağını və şəffaf olacağını vurğulayıb: "Dezinformasiyanı dayandırmanın ən yaxşı yolu məlumat paylaşmaqdır".

Baydenin xarici liderlərdən kiminlə görüşəcəyi ilə bağlı suala Psaki yeni prezidentin ilk görüşünü Kanadanın Baş naziri Justin Trudeau ilə cümə günü keçirəcəyini bildirib.

Ölkəsinin xarici siyasətdə aktiv rol oynayacağını ifadə edən Psaki deyib ki, ABŞ qlobal masaya qayıdır.

Baydenin COVID-19 təşviq paketində də fəal rol oynayacağına diqqət çəkən Psaki, "Hər səhər oyanıb hər gecə yatarkən Baydenin prioriteti COVID-19 pandemiyasına nəzarət etməkdir", ifadələrini işlədib.

6 yanvarda Konqresə basqından sonra Baydenin Trampı məsuliyyətə cəlb edib, etməyəcəyi sualına Psaki, bu işin Konqresə həvalə olunacağını cavabını verib.


Oxunma sayı: 3587

Oxşar yazılar