"Şuşanın əhalisinin 90 faizdən çoxu azərbaycanlı olub..." - Paşinyan parlamentdə müxalifətə belə cavab verdi

  • 02:24 - 21 Yanvar

"Müharibəni daha az itki ilə dayandırmaq imkanımız yox idi". 

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib. Paşinyan bildirib ki, bu cür söhbətlər sadəcə mifdir.

"Müharibəni mümkün qədər tez bitirmək üçün bir sıra addımlar atdıq. 12 oktyabrda Moskvada bir atəşkəs razılaşması imzalandı, lakin bu müqaviləni qoruyub saxlamaq mümkün olmadı. Üç dəfə atəşkəs cəhdi oldu, amma nəticəsiz bitdi."

Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi | Report.az

 

Paşinyan Birinci Qarabağ savaşınadək Şuşa əhalisinin 90 faizindən çoxunun azərbaycanlı olduğunu da etiraf edib.

"Diqqətinizə çatdırmaq istərdim ki, Qarabağ müharibəsi başlayanadək Şuşa əhalisinin 90 faizindən çoxu azərbaycanlı idi. 90 faizdən çoxu azərbaycanlı olan Şuşada erməni ola bilərmi", deyə Paşinyan sual edib.

Ermənistan baş naziri İkinci Qarabağ savaşındakı məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb. 

"Bu günə qədər baş verənlərin hamısına mən cavabdehəm. İstefam mənim üçün ən asan idi, amma bu məsuliyyətsiz olardı. Siyasi komandam və mən bütün addımlarımız üçün məsuliyyət daşıyırıq və daşıyacağıq", deyə Paşinyan qeyd edib.

Avropa.info


Oxunma sayı: 11221

Oxşar yazılar