ABŞ-ın yeni prezidenti Co Baydenin inaqurasiya mərasimi keçirildi - Tramp Baydenlə görüşməkdən imtina etdi (FOTOLAR)

  • 20:57 - 20 Yanvar

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin bu gün inaqurasiya mərasimi keçirilib.

Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib.  

İnaqurasiya mərasimi Kapitoliya binasının pilləkənlərində təşkil olunub. Mərasimdə Ledi Qaqa ABŞ-ın himnini ifa edib.

Pandemiya səbəbindən mərasim ən qısa formatda və sosial məsafənin normalarına uyğun olaraq keçirilib. Andiçmə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakimiyyəti yeni komandaya vitse-prezidenti Mayk Pens ötürüb. ABŞ-da 150 il sonra ilk dəfədir ki, hakimiyyəti əvvəlki prezident yeni seçilən prezidentə ötürməyib.

Qeyd edək ki, andiçmə mərasimində bir neçə saat əvvəl Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər. Onlar andiçmə mərasimində iştirak etməyiblər.

Demokratları təmsil edən yeni ölkə başçısı ABŞ-ın 46-cı prezidentidir.

Güclü təhlükəsizlik tədbirləri görülüb və inauqurasiyada sabiq prezident Barak Obama da iştirak edir. Qalmaqallı seçkidə qalib gələn Baydenin rəqibi, keçmiş prezident Donald Tramp "Ağ ev"i tərk edib və Baydenlə görüşməyib.

1 / 6

 


Oxunma sayı: 3455

Oxşar yazılar