Siyavuş Novruzov: “Karyerdə daş atıb, 10 manat alırdım”

  • 16:02 - 20 Yanvar

Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan “Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin” açıqlaması barədə fikrini bildirib. 

Bu barədə Unikal.org-a açıqlama verən S.Novruzov sözügedən açıqlamanın bu şəkildə müzakirəsinin yersiz olduğunu bildirib: 

“Əslində tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karyerdə daş atmağa gedirdim. 
Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik”. 

 


Oxunma sayı: 2718

Oxşar yazılar