"Sizi kişi olmağa çağırmaq istərdim, lakin müharibə günlərində İrəvanda gizləndiyinizi xatırlayanda..." - Arşakyandan müharibə çağırışları edən Köçəryan və Sarkisyan tərəfdarlarına

  • 15:01 - 20 Yanvar

"Bu gün bir çox ekspertlər, müxtəlif xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq və sonra qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun ölümü hesabına bunu etmək istəyirlər".

Avropa.info xəbər verir ki, bir neçə gün öncə Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan ölkənin keçmiş prezidentləri Köçəryan və Sarkisyanın tərəfdarlarının hərbi revanşa çağıran faşist  şüarlarını “ziyanlı və reqressiv” adlandırmışdı. 

No positive articles were declared on Lena Nazaryan

Lena Nazaryan  

Bundan sonra, Köçəryan və Sarkisyan tərəfdarları Lena Nazaryanı mediada və sosial şəbəkələrdə linc kampaniyasına start veriblər. 

Jurnalist Tevos Arşakyan isə Lena Nazaryana yönəlik ittihamlara cavab verdiyi köşə yazısında Sarkisyan və Köçəryan tərəfdarlarını qorxaqlıqda ittiham edib. 

"Beləliklə, axmaq dəstə silah götürün və hətta rus sülhməramlılarını qovun. Əl-ayağınızı bağlayanmı var? Yoxsa, Lena Nazaryan sizi saxlayır? Əlbəttə yox. Amma siz döyüşə getməyəcəksiniz. Çünki, sizin üçün kimisə linc etmək, gedib qan tökməkdən daha asandır. Sizi kişi olmağa çağırmaq istərdim, amma müharibə günlərində İrəvanda gizləndiyinizi xatırlayanda, bu sözü işlətməyə dilim gəlmir. İndi isə bir qadını ən pis sözlərlə söyürsünüz. Sergey Lavrovun məşhur ifadəsi sizə uyğun gəlir, axmaq ... ", deyə Arşakyan yazısında qeyd edib.

Avropa.info


Oxunma sayı: 19680

Oxşar yazılar