DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

  • 13:42 - 20 Yanvar

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Avropa.info xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

Bildirilib ki, Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.


Oxunma sayı: 1717

Oxşar yazılar