
Türkiyə Səfirliyindən 20 Yanvar paylaşımı
- 09:49 - 20 Yanvar
1990-cı il 20 Yanvar tarixində baş vermiş hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” paylaşımında bildirilib.
“Hər zaman olduğu kimi, Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”, - deyə səfirlik bəyan edib.
Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir.