Əlində fişəng partlayan "Qalatasaray"ın futbolçusu evə buraxıldı

  • 23:10 - 19 Yanvar

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Omar Elabdellauinin xəstəxanadan evə buraxıldığını açıqlayıb.

 Mərakeş əsilli əlcəzairli müdafiəçinin müalicəsi evində davam etdiriləcək.

29 yaşlı oyunçu dekabrın 31-də - Yeni İl günü əlində fişəng partladığı üçün üzündən xəsarət almışdı.

Qeyd edək ki, Omar Elabdellaui 2020-ci ilin yayından "Qalatasaray"da çıxış edir.


Oxunma sayı: 4346

Oxşar yazılar