QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib

  • 20:33 - 19 Yanvar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 gün davam edən Vətən müharibəsində dünyanın dini liderlərinə, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı.

QMİ-dən Avropa.info-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Roma Papası Fransiskə göndərdiyi məktuba Vatikandan cavab gəlib. Vatikan Dövlətinin katibliyinin rəhbər əvəzi Edgar Pena Parranın imzası ilə daxil olan sənəddə deyilir:

“Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyətlə bağlı Roma Papası Fransisk həzrətlərinə göndərdiyiniz son məktuba görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-müqəddəsləri Papa Fransisk Sizin məktubunuzu diqqətlə oxuyub, hadisələrin bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar edir”.

 

1 / 2

 


 


Oxunma sayı: 3048

Oxşar yazılar