Lionel Messinin cəzası açıqlanıb

  • 19:56 - 19 Yanvar

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin cəzası bəlli olub.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Superkubokun “Atletik”lə final görüşündə (2:3) rəqib müdafiəçinin başına arxadan zərbə endirən Messi qırmızı vərəqəyə görə növbəti iki matçı buraxacaq. Hərçənd öncədən onun cəzalısının 4-12 oyun aralığında olacağı ehtimal edilirdi.


Oxunma sayı: 4357

Oxşar yazılar