Deputat Siyavuş Novruzov: "Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər"
- 19:35 - 19 Yanvar
“Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik”.
Avropa.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında VİP sədri Əli Əliyevlə debatda deyib.
Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib:
“ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?”.
Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.